"Zirə" milli üzvünü heyətinə qatdı - RƏSMİ

"Zirə" milli üzvünü heyətinə qatdı - RƏSMİ

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Haiti millisinin yarımmüdafiəçisi Brayan Alseusla 2,5 illik müqavilə bağlayıb.

26 yaşlı yarımmüdafiəçi daha əvvəl Fransanın "Bordo”, “Kozes”, "Bordelay", "Entente", "Şartr", "Paris" və "Bastiya-Borqo" klublarında çıxış edib. O, son olaraq Rumıniyanın “Qaz Metan” komandasının formasını geyinib.

Qeyd edək ki, bu, "Zirə"nin qış fasiləsində 2-ci transferidir. "Qartallar" daha əvvəl fransalı yarımmüdafiəçi Hamidu Keytanı heyətinə qatıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər