"Zirə" legioneri ilə vidalaşdı - RƏSMİ

"Zirə" legioneri ilə vidalaşdı - RƏSMİ

"Zirə" klubu futbolçusu Georgi Stoilovla yollarını ayırıb.

Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Şimali Makedoniyadan olan yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Klub göstətdiyi xidmətlərə görə 26 yaşlı oyunçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Georgi Stoilov avqustun 4-də "Zirə" ilə 2+1 illik müqavilə imzalamışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər