"Zirə" - "Keşlə" matçında "OYUNDANKƏNAR"a düşənlər

"Zirə" - "Keşlə" matçında "OYUNDANKƏNAR"a düşənlər

Azərbaycan Premyer Liqasının IX turunda "Zirə" öz meydanında "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib.

* Matçın keçirildiyi "Zirə Olimpiya Kompleksi"də diqqət çəkən məqamlardan biri tribunalarda sınmış skamyalar idi.  

"Zirə" - "Keşlə" matçında "OYUNDANKƏNAR"a düşənlər"Zirə" - "Keşlə" matçında "OYUNDANKƏNAR"a düşənlər

* "Zirə"nin "Qartal" fan-klubu sevimli komandasını 90 dəqiqə ərzində dəstəklədi.

* Oyunun 44-cü dəqiqəsində azarkeşlər Vətən müharibəsi şəhidlərinin xatirəsini "Ən böyük əsgər, bizim əsgər" şüarı ilə yad etdilər. 

"Zirə" - "Keşlə" matçında "OYUNDANKƏNAR"a düşənlər

* "Keşlə"ni dəstəkləmək üçün tribunada cəmi 5 nəfər azarkeş var. Onlar komandanın "Old Wolf" fan-klubunun üzvləri idi. Fan-klub rəhbəri Elnur Yusifov Fanat.Az-a açıqlamasında bildirdi ki, 25-30 nəfər üzvləri var. Lakin onların "Zirə İdman Kompleksi"nə gəlib-getməsi 40 AZN-ə başa gəldiyi üçün, bu görüşə cəmi 5 nəfərlə gələ biliblər. Onu da qeyd edək ki,"Keşlə"nin rəsmi fan-klubu oyuna gəlməmişdi. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər