“Zirə” ilk qış transferini Ukraynadan etdi - RƏSMİ

“Zirə” ilk qış transferini Ukraynadan etdi - RƏSMİ

“Zirə” qış fasiləsindəki ilk transferini açıqlayıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ukraynalı futbolçu Vladislav Kulaçla anlaşıb.

30 yaşlı hücumçu yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Vladislav Kulaçın son klubu Ukrayna “Dinamo”su (Kiyev) olub. O, həmçinin ölkəsinin “Şaxtyor” (Donetsk), “Mariupol”, “Metallurq” (Zaporojye), “Stal”, “Zorya”, “Vorlska”, “Oleksandriya”, həmçinin, Türkiyənin “Eskişehirspor” və Macarıstanın “Honved” klublarında çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər