"Zirə" heyətinə nigeriyalı yarımmüdafiəçi qatdı

"Zirə" heyətinə nigeriyalı yarımmüdafiəçi qatdı

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" Ahmed Ayzaya ilə 1,5 illik müqavilə bağlayıb. Sözləşmənin müddəti sonradan daha bir il uzadıla bilər.

Nigeriyalı yarımmüdafiəçi paytaxt təmsilçisinə azad agent kimi keçib.

Qeyd edək ki, 27 yaşlı oyunçu daha əvvəl Portuqaliyanın "Ribeyrao", "Oliveyrense", “Vilaverdense”, “Jil Visente”, “Varzim” və "Kovilya" klublarında çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər