"Zirə" braziliyalı hücumçu ilə müqaviləni yenilədi

"Zirə" braziliyalı hücumçu ilə müqaviləni yenilədi
"Zirə” futbolçusu Felipe Pahtmanla yeni müqavilə imzalayıb.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ukraynanın "Lvov" klubuna məxsus braziliyalı hücumçu sonradan transfer hüququ alınmaq şərti ilə növbəti mövsümün sonunadək icarəyə götürülüb.
21 yaşlı forvardın transfer hüququ alınacağı halda, onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.
Qeyd edək ki, Felipe Pahtman peşəkar karyerasına "Lvov" klubunda başlayıb və bu ilin yanvarından "Zirə"də çıxış edir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər