"Zirə" argentinalı hücumçu transfer etdi - RƏSMİ

"Zirə" argentinalı hücumçu transfer etdi - RƏSMİ
"Zirə” heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fakundo Melivilo ilə müqavilə imzalanıb. 28 yaşlı hücumçunun sözləşməsi bu mövsümü sonuna kimi nəzərdə tutulub
Qeyd edək ki, argentinalı futbolçu daha əvvəl ölkəsinin "Platense”, "Almireyt”, "Çaçarita Xuniors”, "Lanus”, "Flandria”, "Defense Hustisiya”, "Kuenka”, "Kordoba”, "Tiqre” və "San Martin” klublarında çıxış edib.
Xatırladaq ki "Zirə" bundan əvvəl Musa Qurbanlı ("Qarabağ", icarə), Nemanya Andelkoviç ("Zlatibor", Serbiya), Filipe Pahtman ("Lvov", Ukrayna) və Rodriqo Bonqonquini də heyətinə cəlb edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər