"Zirə" 3 xalı 3 qolla qazandı

"Zirə" 3 xalı 3 qolla qazandı

Azərbaycan Premyer Liqasında XII tur davam edir.

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha bir oyun keçirilib. 

Günün yeganə matçı Sumqayıtda baş tutub. Qeyri-sabit çıxış edən “Sumqayıt” “Zirə”ni qəbul edib. "Gənclik şəhəri” təmsilçisi yenə uğursuz gedişata son qoya bilməyib. Rəşad Sadıqovun komandası 3 xalı 3 qolla 3-cü pilləni ələ keçirib. 

Qeyd edək ki, dünən keçirilən oyunlarda “Sabah” “Keşlə”ni (2:1), “Neftçi” isə “Səbail”i (1:0) minimal fərqlə məğlub edib. Tura sabah baş tutacaq “Qəbələ” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası XII tur 28 noyabr (bazar) 16:00. “Sumqayıt” – “Zirə” 0:3

Qollar: Təmkin Xəlilzadə, 14-pen. Qismət Alıyev, 30, Coşqun Diniyev, 79.

“Sumqayıt”: 1. Tərlan Əhmədli, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov (k), 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 20. Roman Hüseynov, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 37. Nicat Əliyev, 27. Nihad Ağayev, 98. Emil Əliyev Baş məşqçi: Ayxan Abbasov

“Zirə”: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 4. Cəlal Hüseynov Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 44. Dmitrios Çantakias, 11. Velves Santos, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 25. Vüsal Əliyev Baş məşqçi: Rəşad Sadıqov

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Rəvan Həmzəzadə Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Mübariz Hüseynov "Kapital Bank Arena"

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər