"Zirə”də yeni təyinat rəsmiləşib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Zaur Həşimov "Zirə” Futbol Akademiyasına koordinator təyin edilib. Mütəxəssis UEFA-nın PRO kateqoriyalı məşqçi lisenziyasına sahibdi.
Qeyd edək ki, Zaur Həşimov ötən mövsüm "Zirə"nin əsas komandasının baş məşqçisi olub. Onu bu postda Rəşad Sadıqov əvəzləyib.
Fanat.Az