Uğurcan "Frankfurt" səfərində meydana çıxsa…

Uğurcan "Frankfurt" səfərində meydana çıxsa…

Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində "Qalatasaray"ın "Ayntraxt Frankfurt"la qarşılaşacağı səfər oyununda qapını Uğurcan Çakır qorusa, klub əlavə ödəniş etməli olacaq.

Fanat.Az xəbər verir ki, müqavilədə yer alan xüsusi şərtə görə, türkiyəli qapıçı bu görüşdə forma geyinsə, "Qalatasaray" "Trabzonspor"a əlavə 3 milyon avro ödəyəcək.

Bu barədə məlumatı "Sabah" qəzeti yayıb.

Bu maddə iki klub arasında aparılan danışıqlar zamanı razılaşdırılıb və “sarı-qırmızılar” üçün maliyyə baxımından diqqətçəkən detallar arasında göstərilir.

Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər