"Beşiktaş" rəhbərliyi qış transfer pəncərəsi üçün ciddi addımlar atmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, baş məşqçi Sergen Yalçın klub rəhbərliyindən üç futbolçunun heyətə qatılmasını istəyib.
Siyahıda olan futbolçular: • İsmayıl Yüksək (Fənərbağça) • Oğuz Aydın (Fənərbağça) • Cenk Tosun (Fənərbağça)
Bu barədə məlumatı türkiyəli jurnalist Aygün Özipek yayıb.
Sergen Yalçının bu addımıyla Beşiktaş həm mərkəz yarımmüdafiədə, həm hücum xəttində, həm də yerli futbolçu limitində güclənməyi hədəfləyir.