Səkkiz qol vuruldu, "Zirə" uduzdu

Səkkiz qol vuruldu, "Zirə" uduzdu

"Zirə" klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Macarıstanın "Peç" kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma "qartallar"ın 3:5 hesablı məğlubiyyəti ilə başa çatıb. Bakı klubundan qolları Ağabala Ramazanov, Vüsal Əliyev və İlkin Muradov vurublar.

Qeyd edək ki, "Zirə" yanvarın 20-də “Qurnik” (Leçna, Polşa), yanvarın 24-də isə “Breqalnitsa” (Şimali Makedoniya) ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər