Samir Abasov "Zirə" ilə oyundan danışdı

Samir Abasov "Zirə" ilə oyundan danışdı
"Həyəcanlı oyun keçdi. Oyunun taleyi hər saniyə həll oluna bilərdi. Hər iki komanda uduzmamaq istəyi ilə meydana çıxmışdı. Qol imkanlarımız az oldu. Gücümüzü daha da artırıb, yaxşı komanda görəcəyik".
Fanat.Az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XI turunda evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis bildirib ki, matç ərzində çox risk etməyiblər: "Rəqib həddindən artıq sıx və qol buraxmamaq üçün oynadı. Bu vəziyyətdə onların qapısına getmək çətin idi. Qələbə üçün hər şeyi etdik. Düzdür, bəzi şeylər alınmadı. Bu, futboldur".
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər