Premyer-liqada 2020/21 mövsümünün startına sayılı günlər qalıb. Həftəsonu ilk turun matçları baş tutacaq. Yeni mövsümdə çıxışı maraqla gözlənilən komandalardan biri də "Zirə"di.
"Qartallar" uzun illər Azərbaycan futbolunun ən yaxşılarından hesab olunan Rəşad Sadıqovu baş məşqçi postuna təyin etdi. Taleh Nəsibov klubun prezidenti oldu. Komandanın heyətindən bir sıra futbolçular göndərildi, onların yerinə başqaları cəlb olundu. Bir sözlə, yenilənmiş "Zirə"yə ümid bəsləyənlər, iddialı olacağını düşünənlər var. Qəsəbə təmsilçisinin premyer-liqaya nə dərəcədə hazır olduğunu öyrənmək üçün "Futbol+” qəzetinin əməkdaşı Elvin Camalovla əlaqə saxlayıb. Yarımmüdafiəçi ilə söhbətdə başqa maraqlı məsələlərə də toxunulub.
- Şükür, hər şey qaydasındadı, hazırlıq yaxşı keçir. Maksimum dərəcədə hazırlaşıb, çempionata yaxşı başlamaq istəyirik.
- Belə qarşılaşmalar formamızı bərpa etmək üçün yaxşıdı. Əlbəttə, çalışırıq yoldaşlıq oyunlarında və çempionat matçlarında yaxşı nəticələ əldə edək, azarkeşlərimizi sevindirək.
- Bu hər bir komandada ola bilər. İndiki kollektivdə olan insanlar futbola yad deyillər. Hamı bir-birini futboldan tanıyır. Yaxşı komanda formalaşdırmışıq.
- Hər şey yaxşı olacaq. İnşallah, "Zirə” Azərbaycan futbolu üçün xeyirli işlər görəcək.
- Rəqib çox yaxşı komandadı. "Qəbələ” çox istəklidi. Kim daha çox istəsə, həmin komanda da qalib gələcək. Maraqlı oyun olacaq.
- Qəbələdə hava bir az ağırdı. Bu, təsir edə bilər. Amma belə amillər hər yerdə olur. Bütün bunları nəzərə alıb, maksimum dərəcədə oyuna hazırlaşırıq.
- Əlbəttə! Bütün komandaların məqsədi olur. Amma indidən bu haqda düşünmək olmaz. Hər oyun qələbə qazanmaq üçün meydana çıxmalıyıq. Dediyim kimi, xarakter, əzm nümayiş etdirməliyik və ağıllı oynamalıyıq.
- Komandada rəqabətin olması çox yaxşıdı. Mənim mövqeyimdə də yaxşı futbolçular var. Çalışacam ki, hər oyuna ilk "11-lik”də başlayım.
- Ağabala təcrübəli futbolçudu. O, kapitanlığa layiqdi.
- Bu, baş məşqçimizin şəxsi seçimi idi.
- Buna ümid edirəm. Təcrübəli məşqçidi və bunun sayəsində millimizdə yaxşı işlər görəcəyinə inanıram.
- Milliyə dəvət olunmaq hər bir futbolçu, idmançı kimi mənim də arzumdu. Hər oyunda özümü yaxşı tərəfdən göstərməliyəm ki, baş məşqçinin diqqətini çəkə bilim. Dəvət alsam da, əsas heyətdə möhkəmlənmək əsas məqsədimdi.
- Rəqabəti hər zaman sevirəm. Mövqeyimdə oynayan futbolçular çoxdu. Çalışacam ki, ən yaxşılar arasında mən də olum. Bunu bacaracağıma əminəm.