Rəşad Sadıqov "Zirə"nin zəif oyununa belə reaksiya verdi

Rəşad Sadıqov "Zirə"nin zəif oyununa belə reaksiya verdi

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 25-ci turunda - "Qəbələ" ilə oyunda (0:3) komandasının böyük hesabla yenilməsinə sərt reaksiya verib.

Fanat.Az-ın məlumatına görə, o, "qartallar" evdə 3-cü topu buraxandan sonra yan xəttən çıxan "mərmi"yə sərt zərbə endirib.

Sadıqovun davranışından və mimikasından yetirmələrinin çıxışından çox narazı qaldığı sezilib.

Qeyd edək ki, hazırda matçın son dəqiqələri oynanılır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər