"Real"ın yeni baş məşqçisi bilindi - SON DURUM

"Real"ın yeni baş məşqçisi bilindi - SON DURUM

İspaniyanın "Real Sosyedad" klubu yeni baş məşqçi ilə anlaşıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb. 

Mənbənin məlumatına görə, La Liqa təmsilçisi amerikalı Pelleqrino Matarazzo ilə müqavilə imzalayıb. 

48 yaşlı mütəxəssislə sözləşmənin müddəti 2027-ci ilə qədərdir.

Matarazzo baş məşqçi vəzifəsindən bu yaxınlarda işdən çıxarılan Serxio Fransiskonu əvəz edib.

La Liqanın 17 turundan sonra "Real Sosyedad" turnir cədvəlində 16-cı yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər