"Məğlub olduğumuz üçün çox hirsliyəm" - Xabi Alonso

"Məğlub olduğumuz üçün çox hirsliyəm" - Xabi Alonso

"Real Madrid"in baş məşqçisi Xabi Alonso İspaniya çempionatının 15-ci turunda "Selta"ya 0:2 hesablı məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, AS nəşri onun fikirlərini belə çatdırıb:

"Gözlədiyimizi ala bilmədik. Yüksək tempdə oynamaq və rəqibə qarşı pressinq etmək istəyirdik, amma nə isə çatışmırdı. Militaonun zədəsi planlarımızı pozdu. Bu pis xəbərdir: onsuz da çoxlu zədə problemimiz var, indi isə daha biri sıradan çıxdı. Reaksiya vermək çətin idi. Üç xal itirdiyimizə görə çox hirsliyəm".

"Real Madrid" 36 xalla İspaniya La Liqasının turnir cədvəlində ikinci yerdədir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər