"Mançester Yunayted"in futbolçusu London nəhəngi ilə anlaşdı - SON DURUM

"Mançester Yunayted"in futbolçusu London nəhəngi ilə anlaşdı - SON DURUM

“Mançester Yunayted”in vingeri Alexandro Qarnaço karyerasını İngiltərənin başqa klubunda davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb. 

Mənbənin məlumatına görə, argentinalı ulduz London klubu ilə şifahi razılığa gəlib. 21 yaşlı futbolçu hazırda "zadəganlar"ın transferlə bağlı "qırmızı şeytanlar"la rəsmi danışıqlara başlamasını gözləyir. "Çelsi" baş məşqçi Entso Mareskanın planlarına daxil olmayan oyunçularla yollarını ayırdıqdan sonra Qarnaço üçün "Mançester Yunayted"in qapısını döyəcək. Qarnaçonun özü Ruben Amorimin “Mançester Yunayted”dəki planlarına uyğun gəlmir və satışa çıxarılıb.

Qeyd edək ki, Qarnaço ötən mövsüm bütün turnirlərdə 58 matça çıxaraq 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızı şeytanlar"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər