"Mançester Yunayted"ə "hə" demişdim" - Robert Levandovski

"Mançester Yunayted"ə "hə" demişdim" - Robert Levandovski

Polşalı hücumçu Robert Levandovski bir neçə il əvvəl “Mançester Yunayted”ə keçməyə yaxın olduğunu etiraf edib.

Fanat.Az xəbər verir ki, ulduz futbolçunun bu barədə fikirlərini "Derbyderbyderby.it" belə çatdırıb:

"Böyük məşqçinin - Aleks Ferqyussonun rəhbərliyi altında “Mançester Yunayted”də oynamaq arzusunda idim. Bu, "Borussiya Dortmund"da oynadığım vaxt, konkret, 2010-cu illərin əvvəlində idi. Mən artıq onlara "hə" demişdim. Aleks Ferqyusonun komandasında oynamaq arzusunda idim. Ancaq son anda keçid alınmadı". 

Xatırladaq ki, Robert Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir. O, Kataloniya nəhəngindən əvvəl 8 il Münhen "Bayern"inin, 2010-2014-cü illər aralığında isə Dortmund "Borussiya"sının şərəfini qoruyub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər