"Mançester Yunayted"də radikal qərar- Bu ulduz heyətdən kənarlaşdırılır

"Mançester Yunayted"də radikal qərar- Bu ulduz heyətdən kənarlaşdırılır

"Mançester Yunayted" rəhbərliyi gənc hücumçu Rasmus Höylund barədə radikal qərar qəbul edib.

Fanat.Az xəbər verir ki, klub futbolçunun performansından narazı qaldığı üçün onu yaxın günlərdə heyətdən kənarlaşdırmağı planlaşdırır.

Bu barədə məlumatı nüfuzlu "The Athletic" yayıb.

Məlumata görə, "Yunayted" rəhbərliyi 22 yaşlı forvardın gözlənilən inkişafı göstərə bilmədiyini düşünür. Bu səbəbdən onunla yolların ayrılması gündəmdədir.

Danimarkalı hücumçunun vəziyyəti diqqətdən kənarda qalmayıb."Beşiktaş"ın da Höylundla maraqlandığı bildirilir. İstanbul təmsilçisi hücum xəttini gücləndirmək üçün danimarkalı oyunçunu transfer siyahısına daxil edib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər