"Mançester Yunayted" Reşfordla bağlı qərarını verdi

"Mançester Yunayted" Reşfordla bağlı qərarını verdi

"Mançester Yunayted"in hücumçusu Markus Reşford yay transfer pəncərəsində klubunu dəyişməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. 

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar”ın rəhbərliyi forvardı satmağa hazırdır və ona qiymət qoyub. Mankunianlılar Markusun satışından 80 milyon avro qazanmağı hədəfləyirlər. Eyni zamanda, "Transfermarkt" onun dəyərini 60 milyon qiymətləndirir. 

Reşford ötən mövsüm 43 matçda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Forvardın “Mançester Yunayted”lə hazırki müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər