"Mançester Yunayted" forvardını uzun müddətə itirdi - AÇIQLAMA

"Mançester Yunayted" forvardını uzun müddətə itirdi - AÇIQLAMA

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandanın hücumçusu Coşua Zirkzeenin zədəsini şərh edib. 

Fanat.Az xəbər verir ki, BBC portuqaliyalı mütəxəssisin bu gün keçirilən mətbuat konfransında dediklərini belə çatdırıb:

"Zirkzee üçün mövsümün qalan hissəsi bitib. O, uzun müddətə sıradan çıxıb. Futbolçumuz bu mövsüm oynamayacaq, biz onu növbəti mövsümə hazırlayacağıq. Çətindir, çünki o, hərtərəfli oyunçudur. Onun üçün də çətindir, o, sağalmağa hazır olmalıdır". 

Qeyd edək ki, niderlandlı futbolçu ötən həftəsonu Premyer Liqanın “Nyukasl”la oyununda zədələnib. 

"Mançester Yunayted"in növbəti oyunu aprelin 17-də Avropa Liqasının 1/4 final mərhələsində "Olimpik Lion"a qarşı olacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər