"Mançester Yunayted" bu transfer üçün 80 milyon avro ödəyəcək

"Mançester Yunayted" bu transfer üçün 80 milyon avro ödəyəcək

Yeni mövsümdən ortaya iddialı bir heyət çıxarmaq istəyən "Mançester Yunayted" heyətini gücləndirməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" "Brentford"la Brayan Mbeumo transferi üçün anlaşıb.

Bu barədə məlumatı "The Atletic" yayıb.

Mənbənin məlumatına görə "Brentford" qarşı tərəfin təklif etdiyi 80 milyon avroluq transfer bədəlini rədd etməyib.Futbolçunun da bu keçidə mübət yanaşdığı bildirilib.

Qeyd edək ki, Brayan ötən mövsüm meydanda olduğu 38 matçda 20 qol və 7 asistlə yadda qalıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər