"Liverpul"un ulduzu vətəninə qayıdır - Danışıqlar başladı

"Liverpul"un ulduzu vətəninə qayıdır - Danışıqlar başladı

"Liverpul"un yarımmüdafiəçisi Federiko Kyezanın yenidən vətəninə qayıtmaq variantı yaranıb. 

Fanat.Az xəbər verir ki, "İnter" klubu italiyalı futbolçunu heyətinə qatmağa hazırlaşır. 

"İnter Xtra"nın məlumatına görə, İtaliya nəhəngi artıq onun transferi üzərində işə başlayıb. "Neradzurri" 28 yaşlı futbolçu ilə bağlı ilkin danışıqlar aparıb. Transfer yanvar ayında baş tuta bilər. İcarə variantı daha real görünür. Federiko Kyeza özü də A Seriyasına qayıtmaq istəyir. 

"Transfermarkt"-ın məlumatına görə, oyunçunun dəyəri 12 milyon avrodur. Onun "qırmızılar"la hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər