"Barselona" uğurunu təkrarladı, mütləq rekorda bir addım qaldı

"Barselona" uğurunu təkrarladı, mütləq rekorda bir addım qaldı

Ötən həftə sonu "Barselona" İspaniya La Liqasında daha bir qələbə qazandı. 

Fanat.Az xəbər verir ki, "Espanyol"u 2:0 hesabı ilə məğlub edən Kataloniya superklubu İspaniya çempionatında ardıcıl doqquzuncu qələbəsini əldə etdi.

"Opta"-nın hesablamasına görə, bu, almaniyalı baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında qazanılan rekordun təkrarıdır. 2024-cü ilin yayında klubun sükanını ələ alan Flikin rəhbərliyi altında "Barsa" ötən mövsüm ardıcıl doqquz liqa qələbəsi seriyasına sahib olub və indi bu uğurunu təkrarlayıb.

Beləliklə, onlar 18 yanvarda San Sebastian şəhərində Bask təmsilçisi "Real Sosyedad" ilə İspaniya liqasındakı növbəti matçında yenidən qalib gəlsələr, bu, Flikin rəhbərliyi altında yeni rekord olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər