Portuqaliyalı ulduzun İspaniya nəhənginə keçidi an məsələsidir - Klub prezidenti açıqladı

Portuqaliyalı ulduzun İspaniya nəhənginə keçidi an məsələsidir - Klub prezidenti açıqladı

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın futbolçusu Joau Kanselu karyerasını İspaniyada davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, o, "Barselona"ya keçməyə razılaşıb. 

Bu barədə Kataloniya klubunun prezidenti Joan Laporta "The Touchline"-a açıqlamasında bildirib:

"Kanselu sabah (bu gün) gəlib tibbi müayinədən keçəcək. O, bizimlə olacaq. Bu, Dekunun daha bir uğurudur. Bu bazarda oyunçu transfer etmək həmişə çətindir, amma idman direktorumuz əla iş gördü". 

"Blaugrana" portuqaliyalı müdafiəçini cari mövsümün sonuna qədər "Əl-Hilal"dan icarəyə götürüb. Kataloniya nəhəngi oyunçu uğrunda mübarizədə "İnter"ə qalib gələ bilib. 

Joau Kanselu artıq bir dəfə - 2023/24 mövsümündə icarə əsasında "Barselona"da oynayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər