Misli Premyer Liqasında cari mövsümün ilk yarısındakı oyunları stadionlardan 124 min 60 tamaşaçı izləyib.
Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
95 matçda orta göstərici 1306-yə bərabər olub.
XII turun "Sumqayıt" – "Qarabağ" matçında (2:4) daha çox tamaşaçı qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 9100 seyrçi toplayıb.
Daha bir görüşdə bu rəqəm 5 mindən yuxarı olub. X turun "Turan Tovuz" – "Şamaxı" qarşılaşmasını (2:1) Tovuz şəhər stadionunda 5800 izləyici seyr edib.
"Sumqayıt" ev oyunlarındakı orta tamaşaçı sayında 1-ci yerdə qərarlaşıb. "Turan Tovuz"un ikinci olduğu siyahıda ilk "üçlüy"ü "Neftçi" qapayır.
1 "Sumqayıt" 9 25810 2868 2 "Turan Tovuz" 7 17100 2443 3 "Neftçi" 8 14848 1856 4 "Sabah" 8 12855 1607 5 "Qarabağ" 7 10387 1484 6 "Karvan-Yevlax" 9 13120 1458 7 "Şamaxı" 7 7400 1057 8 "Zirə" 9 7950 883 9 "Kəpəz" 8 4850 606 10 "Qəbələ" 7 4000 571 11 "İmişli" 8 4200 525 12 "Araz-Naxçıvan" 8 1540 193 Cəmi 95 124060 1306