Bu gün Misli Premyer Liqasında 16-cı tur start götürür.
Fanat.Az xəbər verir ki, 2025-ci ilin son turu 4 günü əhatə edəcək.
Turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq. "Kəpəz" Yevlax şəhər stadionunda "Turan Tovuz"la üz-üzə gələcək. Saat 14:00-da start götürəcək "qərb derbisi"ni Kamal Umudlu idarə edəcək.
Qeyd edək ki, komandalar arasında birinci dövrədəki dueldən "Turan Tovuz" böyük hesablı (3:0) qalibiyyətlə ayrılmışdı. Həmin oyuna gəncəliləri müvəqqəti məşqçi Xaliq Mərdanov çıxarmışdı. Növbəti - 7-ci turdan etibarən isə "Kəpəz"i Araz Bağırov çalışdırır.
Misli Premyer Liqası XVI tur 19 dekabr
14:00. "Kəpəz" – "Turan Tovuz" Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov. VAR: Nicat İsmayıllı, Şirmamed Mamedov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Namiq Əliyev. Yevlax şəhər stadionu.
