Məhsuldar ötürmə müəlliflərinin sayı 33-ə çatdı - STATİSTİKA

Məhsuldar ötürmə müəlliflərinin sayı 33-ə çatdı - STATİSTİKA

Misli Premyer Liqasında 5-ci tura yekun vurulub. Son turda qapılara 18 qol vurulub. Bu da mövsümün rekord (1-ci tur - 10 qol, 2-ci tur - 15 qol, 3-cü tur - 14 qol, 4-cü tur - 8 qol) məhsuldarlığıdır. Beş tur ərzində 29 oyun ("Sabah" - "Qarabağ" görüşü təxirə salınıb) keçirilib və 65 qol qeydə alınıb. Bu da hər oyuna təxminən 2,24 qol deməkdir. 

Fanat.Az-ın hesablamasına görə, son turda cəmi 14 futbolçu məhsuldar ötürmə ilə yadda qalıb.

Bu mənada əsasən yeni futbolçular fərqləniblər. Yalnız "Qarabağ"dan Kadi Borgeslə "Zirə"li Namik Ələsgərov geridə qalan 5 turda ikinci dəfə məhsuldar ötürmə müəllifi olublar. Beləliklə, hesabında 3 assist olan "Araz-Naxçıvan"lı forvard Felipe Santos liderliyini qoruyub. 

Ümumilikdə, 5 tur ərzində vurulan 65 qoldan 40-na 33 oyunçunun adı məhsuldar ötürmə müəllifi kimi yazılıb. Qalan qollar isə avtoqol, penalti, standart vəziyyətlər, rəqib oyunçulardan qayıdan toplar və sair epizodlardan qeydə alınıb. 

1. Felipe Santos ("Araz-Naxçıvan") - 3 2. Rüfət Abbasov ("Şamaxı") - 2 3. Abdulaye Şuaybu ("Şamaxı") - 2 4. Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 2 5. Namik Ələsgərov ("Zirə") - 2 6. Kadi Borges ("Qarabağ") - 2

5 tur ərzində assistentlik edən futbolçular:

1-ci tur

"İmişli" - "Turan Tovuz": Veysəl Rzayev ("Turan Tovuz")  "Karvan-Yevlax" - "Qəbələ": Şahin Şahniyarov ("Qəbələ") "Sumqayıt" - "Kəpəz": Abdul Raşid ("Sumqayıt") "Sumqayıt" - "Kəpəz": Rüstəm Əhmədzadə ("Sumqayıt") "Sumqayıt" - "Kəpəz": Ronaldo ("Sumqayıt") "Zirə" - "Araz-Naxçıvan": İssuf Paro ("Araz-Naxçıvan")    

2-ci tur

"Şamaxı" - "Sabah": Rəhman Daşdəmirov ("Sabah") "Şamaxı" - "Sabah": Stiv Solvet ("Sabah") "Şamaxı" - "Sabah": Rüfət Abbasov ("Şamaxı") "Kəpəz" - "Karvan-Yevlax": Mahamadu Ba ("Kəpəz") "Kəpəz" - "Karvan-Yevlax": Coy-Sleyd Mikels ("Karvan") "Turan Tovuz" - "Araz-Naxçıvan": Roderik Miller ("Turan Tovuz") "Turan Tovuz" - "Araz-Naxçıvan": Ba-Muaka Simakala ("Araz-Naxçıvan") "Turan Tovuz" - "Araz-Naxçıvan": Felipe Santos ("Araz-Naxçıvan") "Qəbələ" - "Zirə": Junior Martins ("Zirə")

3-cü tur

"Sumqayıt" - "Şamaxı": Abdulaye Şuaybu ("Şamaxı") "Zirə" - "Kəpəz": İssa Cibrila ("Zirə") "Zirə" - "Kəpəz": Namik Ələsgərov ("Zirə") "Sabah" - "İmişli": Dioqu Almeyda ("İmişli") "Karvan-Yevlax" - "Qarabağ": Kadi ("Qarabağ") "Araz-Naxçıvan" - "Qəbələ": Felipe Santos ("Araz-Naxçıvan") "Neftçi" - "Turan Tovuz": Enrike Silva ("Turan Tovuz")

4-cü tur

"Kəpəz" - "Araz-Naxçıvan": Felipe Santos ("Araz-Naxçıvan") "Kəpəz" - "Araz-Naxçıvan": Ba-Muaka Simakala ("Araz-Naxçıvan") "Şamaxı" - "Karvan-Yevlax": Rüfət Abbasov ("Şamaxı")  "Şamaxı" - "Karvan-Yevlax": Abdulaye Şuaybu ("Şamaxı") - 2

5-ci tur

"Karvan-Yevlax" - "İmişli": Luis Silvestr ("İmişli") "Karvan-Yevlax" - "İmişli": Həzrət İsayev ("İmişli") "Karvan-Yevlax" - "İmişli": İdris İnqilablı ("İmişli") "Zirə" - "Şamaxı": Arsen Ağcabəyov ("Şamaxı") "Zirə" - "Şamaxı": Namik Ələsgərov ("Zirə") "Zirə" - "Şamaxı": Qismət Alıyev ("Zirə") "Qəbələ" - "Kəpəz": Xayme Syerra ("Qəbələ") "Qəbələ" - "Kəpəz": Adriel Ba Lua ("Qəbələ") "Sabah" - "Turan Tovuz": Kahim Parris ("Sabah")  "Araz-Naxçıvan" - "Qarabağ": Kadi Borges ("Qarabağ") "Araz-Naxçıvan" - "Qarabağ": Toral Bayramov ("Qarabağ") "Araz-Naxçıvan" - "Qarabağ": Abdullah Zubir ("Qarabağ")  "Sumqayıt" - "Neftçi": İmad Faraj ("Neftçi") "Sumqayıt" - "Neftçi": Emin Mahmudov ("Neftçi")

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər