“Menecerini dəyiş, 5 milyon avronu al”

“Menecerini dəyiş, 5 milyon avronu al”

"Qalatasaray" rəhbərliyi ulduz futbolçu Barış Alper Yılmazla yeni müqavilə danışıqları aparmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, klub prezidenti Dursun Özbek danışıqlarda xüsusi şərt irəli sürəcək: futbolçu menecerini dəyişməlidir.

Əgər bu tələb yerinə yetirilərsə, Barış Alper Yılmaza illik maaş və bonuslarla birlikdə 5 milyon avro dəyərində müqavilə təklif ediləcək.

Bu barədə məlumatı "Sözcü" qəzeti yayıb.

Son dönəmdə komandanın ən önəmli oyunçularından birinə çevrilən gənc futbolçuya belə bir şərtin qoyulması həm azarkeşlər, həm də futbol mühitində geniş müzakirələrə səbəb olub.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər