“Mançester Yunayted”in prioriteti - Senne Lammens

“Mançester Yunayted”in prioriteti - Senne Lammens

İngiltərə nəhəngi “Mançester Yunayted” heyətini gücləndirmək üçün yeni qapıçı axtarışındadır.

Fanat.Az xəbər verir ki, klubun əsas prioriteti hazırda gənc və perspektivli qapıçı Senne Lammensdir.

Bu barədə məlumatı italiyalı jurnalist Saşa Tavolieri yayıb.

Belçikalı qolkiperin xüsusilə gənc yaşda göstərdiyi performans “qırmızı şeytanlar”ın marağına səbəb olub.

Hazırda tərəflər arasında ilkin təmasların olduğu bildirilir.

Qeyd edək ki, 23 yaşlı kiper ilə "Qalatasaray"ın da danışıqlar apardığı bildirilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər