UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura yekun vurulur.
Fanat.Az xəbər verir ki, 1-ci turun sonuncu günündə 6 oyun keçiriləcək.
"Qarabağ"ın rəqiblərindən olan "Napoli" səfərdə "Mançester Siti" ilə üz-üzə gələcək. Təmsilçimizin 2-ci turdakı rəqibi "Kopenhagen" isə evdə "Bayer Leverkuzen"i qonaq edəcək. Bu qarşılaşmanı azərbaycanlı FİFA referisi idarə edəcək. "Ayntraxt" isə Türkiyə çempionu "Qalatasaray"ı qəbul edəcək.
UEFA Çempionlar Liqası Liqa mərhələsi, 1-ci tur 18 sentyabr
20:45. "Brügge" (Belçika) - "Monako" (Fransa) 20:45. "Kopenhagen" (Danimarka) - "Bayer Leverkuzen" (Almaniya) 23:00. "Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) 23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Qalatasaray" (Türkiyə) 23:00. "Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan) 23:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)