İngiltərədə ayın ən yaxşı məşqçisi bilindi

İngiltərədə ayın ən yaxşı məşqçisi bilindi

İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisinin adı açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı qurumun mətbuat xidməti yayıb.

Avqustun ən yaxşısı adına “Liverpul”un baş məşqçisi Arne Slot layiq görülüb.

İngiltərədə ayın ən yaxşı məşqçisi bilindi

Niderlandlının komandası avqustda keçirdiyi hər üç oyunda qalib gəlib. “Qırmızılar” “Bornmut”u (4:2), “Nyukasl”ı (3:2) və “Arsenal”ı (1:0) məğlub etməyi bacarıb.

"Liverpul" 9 xalla hazırda Premyer Liqanın turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.

Slot ötən mövsüm "Liverpul"a İngiltərə Premyer Liqasının çempionluğunu qazandırıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər