II Liqa: "Xankəndi" Qubada liderliyə yüksələ biləcək?

II Liqa: "Xankəndi" Qubada liderliyə yüksələ biləcək?

Azərbaycan II Liqasında 12-ci turun oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha 2 matç baş tutacaq.

"Şəki Sİti" Bakıda aşkar autsayder "Araz-Saatlı"nı sınağa çəkəcək. 

Çempionluğa əsas iddialı "Xankəndi"ni isə "Quba" ilə çətin səfər oyununa çıxacaq. İbrahim Uzuncanın baş məşqçisi olduğu qarabağlılar ötən gün "Qaradağ Lökbatan"ın ələ keçirdiyi liderliyi geri almaq üçün 3-cü yerdə qərarlaşan şimal təmsilçisini məğlub etməlidir.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.  

Azərbaycan II Liqası 12-ci tur 8  dekabr

14:00. “Şəki Siti” – “Araz Saatlı” Hakimlər: Rasim Musayev, Elvin Mədətov, Ruslan Məmmədov, Ləman Əmirli. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Bakı. “Rekord Arena”.

14:00. “Quba” – “Xankəndi” Hakimlər: Murad Səlimov, Mirnihad Seyidov, Asif Abdullayev, Şamil İmanzadə. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Mahal Məmmədov. Quba. Olimpiya İdman Kompleksinin stadionu.

II Liqa: "Xankəndi" Qubada liderliyə yüksələ biləcək?

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər