Azərbaycan II Liqasında bu gün 12-ci tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun son günündə 3 matç baş tutacaq.
"Şəmkir" "Dinamo"nun qonağı olacaq. "Şirvan" doğma meydanda "Ağdaş"ı sınağa çəkəcək. "Kür-Araz" isə İmişlidə "Göygöl"Lə münasibətlərinə aydınlıq gətirəcək.
Qarşılaşmalar eyni vaxtda - 14:00-da start götürəcək.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Qaradağ Lökbatan" "Ağstafa Gəncləri"ni 1:0, “Şəki Siti” “Araz Saatlı”nı 4:0, “Xankəndi” isə “Quba”nı 2:1 hesabı ilə məğlub edib.
Azərbaycan II Liqası 12-ci tur 9 dekabr
14:00. “Dinamo” – “Şəmkir” Hakimlər: Rəsul Babayev, Sevda Nuriyeva, Sadiq Əliyev, Fəridə Lütfəliyeva Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Rüfət Əmirov Binə. Qəsəbə stadionu.
14:00. “Şirvan” – “Ağdaş” Hakimlər: Nahid Xasıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Nəriman Ağayev Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Asif Əliyev Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.
14:00. “Kür-Araz” – “Göygöl” Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Tural Bayramov, Sənan Bayramzadə Hakim-inspektor: Şahin Cəfərov AFFA nümayəndəsi: Namiq Əliyev İmişli. Heydər Əliyev adına şəhər stadionu.