I Liqa: "Zaqatala" MOİK ilə üz-üzə, "Baku Sportinq" autsayderi sınağa çəkir

I Liqa: "Zaqatala" MOİK ilə üz-üzə, "Baku Sportinq" autsayderi sınağa çəkir

Bu gün Azərbaycan I Liqasında XI tur start götürür. 

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun bütün görüşləri Peşəkar Futbol Liqasının "I Liqa/II Liqa" yutub kanalında canlı yayımlanacaq.

Turun açılış günündə iki matç baş tutacaq. Əvvəlcə "Zaqatala" ilə MOİK görüşəcək. Günün ikinci oyununda isə "Baku Sportinq" səfərdə aşkar autsayder "Şimal"ı sınağa çəkəcək. 

Azərbaycan I Liqası XI tur 17 dekabr  

14:00. “Zaqatala” – MOİK

Hakimlər: Rəvan Həmzəzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Ruslan Quliyev Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Mübariz Hüseynov Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. 

14:30. “Şimal” – “Baku Sportinq” 

Hakimlər: Vüqar Həsənli, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Ləman Əmirli Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Yavər Rəhimov Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər