Futbol üzrə Azərbaycan I Liqasında 2025/2026 mövsümü start götürüb.
Fanat.Az xəbər verir ki, çempionatın açılış turunun ilk günündə iki qarşılaşma keçirilib.
"Zaqatala" doğma meydanda "Cəbrayıl"a, "Şahdağ Qusar" isə səfərdə "Ordu"ya minimak hesabla qalib gəlib.
I Liqa
I tur
11 sentyabr
"Zaqatala" - "Cəbrayıl" 1:0 Qol: M.Məmmədov, 22.
MOİK - "Şahdağ Qusar" 1:2 Qollar: S.Fərəcov, 55 - R.Voronsov, 50, 90+1.
Qeyd edək ki, turun qalan oyunları cümə və şənbə günü baş tutacaq:
12 sentyabr
16:30. “Şəfa” – “Şimal” 19:00. “Səbail” – “Mingəçevir”
13 sentyabr
16:30. “Baku Sportinq” – “Difai”