I Liqa: Bakı komandaları səfərdən 3 xalla döndülər

I Liqa: Bakı komandaları səfərdən 3 xalla döndülər

Azərbaycan I Liqasında XI tur start götürüb. 

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun ilk günündə 2 matç baş tutub. 

"Zaqatala" doğma meydanda MOİK-i qəbul edib. Meydan sahibləri paytaxt təmsilşisi ilə görüşdən məğlub ayrılıb. "Hərbçilər" 63-cü dəqiqədən etibarən azlıqda mübarizə aparsalar da, inamlı qələbə qazanıblar. 

Günün ikinci oyununda isə "Baku Sportinq" səfərdə aşkar autsayder "Şimal"la üz-üzə gəlib. Şamaxıda baş tutan qarşılaşmanın taleyini 1 qol həll edib. Bakılılar çətin qələbəyə seviniblər. 

Qeyd edək ki, tur çərçivəsində “Difai” – “Mingəçevir” və “Şahdağ Qusar” – “Səbail” oyunları sabah, “Cəbrayıl” – “Şəfa” görüşü isə 19 dekabrda baş tutacaq. Azərbaycan I Liqası XI tur 17 dekabr  

“Zaqatala” – MOİK 1:3 Qollar: Rəhman Şabanov, 65 - S.Fərəcov, 25. Z.Abdurahmanov, 47.

“Şimal” – “Baku Sportinq” 0:1 Qollar: İ.Allahverdiyev, 9-pen.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər