Misli Premyer Liqasında 5 tur geridə qalıb. Keçirilən 29 oyunda ("Sabah" - "Qarabağ" görüşü təxirə salınıb) 13 baş hakim iş başında olub. Son turda daha bir ədalət təmsilçisi bu mövsüm baş hakim kimi debüt edib. Elvin Bayramov "Karvan-Yevlax" - "İmişli" matçında iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, 5 turda 3 oyuna təyinat alan hakimlərin sayı 6-ya çatıb.
Söhbət Fərid Hacıyev, Əliyar Ağayev, Kamal Umudlu, Elçin Məsiyev, Rəvan Həmzəzadə və Cavid Cəlilovdan gedir.
Son turda debüt edən Elvin Bayramovla yanaşı, Kamranbəy Rəhimov və Əli Əliyev isə cəmi 1 dəfə iş başında olublar.
Beş turda hakimlər 100 sarı və 3 qırmızı, ümumilikdə 103 vərəqədən istifadə ediblər. Bu da hər oyuna orta hesabla 3,6 vərəqə deməkdir. Hamıdan çox Əliyar Ağayev əlini cibinə atıb. O, 3 oyunda 11-i sarı, 2-si qırmızı olmaqla, 13 vərəqə göstərib.
Əliyar Ağayev - 3 oyun
meydan sahibi 6 sarı 2 qırmızı qonaqlar 5 0 cəmi: 11 2
Elçin Məsiyev - 3 oyun
meydan sahibi 5 0 qonaqlar 6 0 cəmi: 11 0
Kamal Umudlu - 3 oyun
meydan sahibi 5 0 qonaqlar 5 0 cəmi: 10 0
Fərid Hacıyev - 3 oyun
meydan sahibi 6 0 qonaqlar 3 0 cəmi: 9 0
Cavid Cəlilov - 3 oyun
meydan sahibi 2 0 qonaqlar 7 0 cəmi: 9 0
Rəvan Həmzəzadə - 3 oyun
meydan sahibi 4 0 qonaqlar 3 0 cəmi: 7 0
Tural Qurbanov - 2 oyun
meydan sahibi 4 1 qonaqlar 7 0 cəmi: 11 1
İnqilab Məmmədov - 2 oyun
meydan sahibi 3 0 qonaqlar 6 0 cəmi: 9 0
Rəşad Əhmədov - 2 oyun
meydan sahibi 3 0 qonaqlar 6 0 cəmi: 9 0
Rauf Cabarov - 2 oyun
meydan sahibi 2 0 qonaqlar 2 0 cəmi 4 0
Əli Əliyev - 1 oyun
meydan sahibi 1 0 qonaqlar 3 0 cəmi: 4 0
Kamranbəy Rəhimov - 1 oyun
meydan sahibi 1 0 qonaqlar 2 0 cəmi: 3 0
Elvin Bayramov - 1 oyun
meydan sahibi 3 0 qonaqlar 0 0 cəmi: 3 0
Mirağa