Dünya çempionatında qalmaqal: İspaniyanın iştirakı sual altında

Dünya çempionatında qalmaqal: İspaniyanın iştirakı sual altında

İspaniyanın Baş naziri Pedro Sançes qalmaqallı mövqeyi ilə diqqət mərkəzinə düşüb.

Fanat.Az xəbər verir ki, o, İsrail DÇ-2026-ya qatılarsa, İspaniya yığmasının turnirdən geri çəkilməli olduğunu bəyan edib.

Bu barədə məlumatı "UHN Plus" yayıb.

Sançesin bu mövqeyi ölkə ictimaiyyətində böyük müzakirələr doğurub. Bəzi mənbələr bunu siyasi mesaj kimi qiymətləndirir, digərləri isə idmanın siyasətlə qarışdırılmasının doğru olmadığını bildirir.

Hazırda İspaniya Futbol Federasiyası baş nazirin fikrinə münasibət bildirməyib. Bu qərar gerçəkləşəcəyi təqdirdə, “qırmızı furiya”nın mundialda iştirakı sual altında qalacaq.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər