"Şkendiya"nın futbolçusu Valon Ahmedinin "Zirə"yə keçidi gerçəkləşməyib.
Fanat.Az xəbər verir ki, Şimali Makedoniya təmsilçisi 26 yaşlı yarımmüdafiəçini buraxmayıb. Alban oyunçu Azərbaycanda oynamaq istəyib. Ancaq "Şkendiya" onun mövqeyinə başqa futbolçu transfer edə bilməyəcəyini əsas gətirib və onu komandada saxlayıb.
Qeyd edək ki, V. Ahmedinin klubu ilə 2023-cü ilin yayında başa çatır.