Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 2-ci turunun oyunlarına start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Xankəndi” “Quba” ilə ev oyununda 4 cavabsız qolla qalib gəlib. “Şəki” isə “Araz Saatlı” ilə səfər oyunundan 12 cavabsız qolla qalib ayrılıb.
2-ci turun qalan görüşləri sentyabrın 15-də və 16-da keçiriləcək.
“Xankəndi” – “Quba” 4:0 Qollar: Pərviz Qaraxanov, 16; Elməddin Hüseynzadə, 30; Bəhruz Teymurov, 72; 74. Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Mirnihat Seyidov, Rəsul Babayev. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Eldəniz Musayev. Məkan: “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Araz Saatlı” – “Şəki” 0:12 Qollar: Cavid İmamverdiyev, 4; 17-pen; 27-pen; 55; 88. Saleh Süleymanov, 11; 60. Rafiq Abdullayev, 13 – öz qapısına. Rauf Məhərrəmov, 38; 61. Kazbək Qafarov, 40. Nurlan Novruzov, 68. Hakimlər: Nəriman Ağayev, Safalı Ağayev, Rəşad Quliyev, Nahid Xasıyev. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Seymur Səlimli. Məkan: Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.