Kamal Quliyevin debüt etmədən ayrıldığı "Qaradağ Lökbatan"ı Qəzənfər Abbasov çalışdıracaq. Gənc mütəxəssis şənbə günü yeni komandasında ilk sınağına çıxacaq. II Liqa təmsilçisi çempionatın açılış oyununda "Quba"nın qonağı olacaq.
Abbasov Fanat.Az-a açıqlamasında təyinatı, eləcə də komandanın hazırlığı barədə belə danışıb:
"Dəvət bir qədər gözlənilməz oldu. Çünki çempionatın startına çox az vaxt qalıb. Amma bu "Qaradağ Lökbatan"ın hədəf və məqsədini dəyişmir. Baxmayaraq ki, komandanı mən yığmamışam, hədəf çempionluqdur. Əslində, bu heyət məni qane edir. Çoxu tanıdığım uşaqlardır. Şikayətlənə bilmərəm, pis komanda deyil. Komanda artıq komplektləşib, yeni transferə də ehtiyac yoxdur. İlk turdakı rəqibimiz "Quba" da bizim kimi, çempionluğa oynayır. Bundan başqa, matç səfərdə baş tutacaq, rəqib komandanın azarkeşləri tərəfindən təzyiq olacağı gözləniləndir. İstənilən halda, səfərdən 3 xalla dönməyə çalışacağıq".
Mirağa