21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Portuqaliya ilə üz-üzə gəlib.
Meydan sahibləri bu matçda 5 cavabsız qolla qalib gəliblər.
Qeyd edək ki, U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək. Bu görüş saat 18:00-da start götürəcək.
Portuqaliya – Azərbaycan 5:0 Qollar: Rodriqo Mora, 48, Covanni Queda, 52, Leonardo Barroso, 57, Karlos Forbs, 73, Vivaldo Semedo, 90+3. Baş hakim: Konstantinos Fellas Baş hakimin köməkçiləri: Pavlos Georgiu, Giorgios Çaralampus Dördüncü hakim: Dimitris Solomu (Hakimlər briqadası Kiprdəndir) Barseluş şəhər stadionu.