U-21-i Bolqarıstanla oyuna çıxaracaq məşqçinin kimliyi bilindi

U-21-i Bolqarıstanla oyuna çıxaracaq məşqçinin kimliyi bilindi

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisini Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə oyuna çıxaracaq məşqçi müəyyənləşib.

Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı meydana baş məşqçi Ayxan Abbasovun köməkçisi Elnur Çodarov çıxaracaq.

Sentyabrın 9-da “Liv Bona Dea Arena”da keçiriləcək oyun saat 18:00-da start götürəcək.

Ayxan Abbasov isə əsas millini DÇ-2026-nın seçmə mərhələsində sabah Ukrayna yığması ilə Bakıda keçiriləcək qarşılaşmaya çıxaracaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər