Suares komanda işçisinin üzünə tüpürdü - QALMAQAL

Suares komanda işçisinin üzünə tüpürdü - QALMAQAL

Luis Suares qalmaqalla gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, “İnter Mayami”nin ulduz hücumçusu “Seattle Sounders”lə keçirilən görüşdən sonra qalmaqallı hərəkəti ilə diqqət çəkib.

3:0 hesabı ilə başa çatan matçda meydanı məğlub tərk edən uruqvaylı forvardın oyundan sonra komanda işçilərindən birinin üzünə tüpürdüyü kameralarda əks olunub.

Futbolçunun bu davranışı sosial mediada böyük rezonans doğurub.

Qeyd edək ki, qələbə “Seattle” klubuna Amerika Liqalar kubokunu muzeyinə aparmaq imkanı verib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər