Sançonun yeni klubu müəyyənləşir - SON DURUM

Sançonun yeni klubu müəyyənləşir - SON DURUM

Son illərdə “Mançester Yunayted”də istədiyi çıxışı edə bilməyən Ceydon Sanço karyerasını başqa bir klubda bərpa edə bilər.

Fanat.Az xəbər verir ki, “Aston Villa” ingilis ulduzu icarəyə götürmək üçün MY ilə danışıqlara başlayıb.

Bu barədə məlumatı nüfuzlu "Sky Sports" yayıb.

Birmingem klubu Sanço ilə razılaşacağı halda hücum xəttinə böyük güc qatmağı planlaşdırır.

“Yunayted” isə oyunçunun maaş yükündən azad olmaq niyyətindədir.

Qeyd edək ki, 25 yaşlı vinger ötən mövsümü "Çelsi"nin heyətində keçirib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər