"Xankəndi"nin həkimi getdi

"Xankəndi"nin həkimi getdi

1-ci Liqa təmsilçisi "Xankəndi"nin əməkdaşları klubdakı maliyyə vəziyyətindən narazıdır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, futbolçulara vəd olunan çempionluq mükafatını hələ də ödəməyən rəhbərliyin digər işçilərin də maaşını vaxtında verməməsi vəziyyəti mürəkkəbləşdirib.

Artıq komandanın həkimi də dünən "Xankəndi"ni tərk edib. "Əjdər doktor"un (soyadını dəqiqləşdirə bilmədik) 2-ci Liqa komandası "Zəngəzur"da fizioterapevt-masajçı işləyəcəyi də bəllidir. Qarabağ təmsilçisi isə ilk turun oyununa çıxa bilmək üçün yeni həkim axtarışına başlayıb.

"Xankəndi" ötən "futbol ili"ndə 2-ci Liqada çempion olaraq 1-ci Liqada oynamaq hüququ qazanıb. 1-ci Liqada yeni mövsüm sentyabrın 3-də başlayacaq. "Xankəndi" ilk oyun günündə Şamaxı OİK stadionunda "Səbail"i qəbul edəcək. Matçın start fiti 17:00-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər