"Türkiyənin ən böyük klubu "Fənərbağça"dır" - Sabiq "Qalatasaray"lı

"Türkiyənin ən böyük klubu "Fənərbağça"dır" - Sabiq "Qalatasaray"lı

Kərəm Aktürkoğlunun  “Fənərbağça”ya keçidi rəsmiləşib.

Fanat.Az xəbər verir ki, Türkiyə millisinin və keçmiş “Qalatasaray”ın futbolçusu Kərəm Aktürkoğlu bundan sonra karyerasını “Fənərbağça”da davam etdirəcək.

Transferin rəsmi elanından sonra ulduz futbolçu ilk açıqlamasında diqqətçəkən sözlər işlədib:

“Türkiyənin ən böyük klubu ‘Fənərbağça’dır. Bu formanı geyinmək mənim üçün böyük qürurdur.” – deyə Aktürkoğlu bildirib.

Transferin maliyyə detalları da bəlli olub. “Fənərbağça” futbolçu üçün “Benfika”ya 22,5 milyon avro + 2,5 milyon avro bonus ödəyəcək.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər