"Tottenhem" Yves Bissouma ilə bağlı qərarını verdi

"Tottenhem" Yves Bissouma ilə bağlı qərarını verdi

Son günlər adı fərqli klublarla çəkilən Yves Bissoumanın gələcəyinə aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, “Tottenhem” rəhbərliyi yarımmüdafiəçi Yves Bissouma ilə bağlı yekun qərarını açıqlayıb.

Klub futbolçunun ən azı bir mövsüm daha komandada qalmasına qərar verib.

Bu barədə məlumatı nüfuzlu "The Sun" yayıb.

Son günlərdə Bissoumanın “Qalatasaray”la razılığa gəldiyi barədə xəbərlər yayılmışdı. Lakin İngiltərə təmsilçisi bu iddiaları təkzib edərək, futbolçunu satmağı düşünmədiyini bildirib.

Kamil Xudiyev

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər